Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
Teleqraf.com xəbər verir ki, son oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
Əzəli rəqiblər “Qarabağ”la “Neftçi” mərkəzi arenada üz-üzə gəliblər. Birinci hissədə qapılara qol vurulmayıb. Hesabı 71-ci dəqiqədə ağdamlılar açıblar. Yassin Benzia yaxın məsafədən topu qapıdan keçirib. Qarşılaşmada son nöqtəni 90+2-ci dəqiqədə Hamidu Keyta qoyub. Nəticədə 2:0 hesablı qələbə qazanan və xallarının sayını 38-ə çatdıran Qurban Qurbanovun kollektivi liderliyini möhkəmlədib. Adrian Mutunun çalışdırdığı bakılılar isə 25 xalla beşinci pillədə qalıblar.
Beləliklə, “Neftçi”nin “Qarabağ” önündə Premyer Liqada qələbə həsrəti 10 oyuna çatıb. “Ağ-qaralar” axırıncı dəfə 2 il 7 ay əvvəl - 2021-ci ilin mayında əzəli rəqibinə qalib gəlib.
Qeyd edək ki, turun Premyer Liqada XVIII turun oyunları dekabrın 22-24-də keçiriləcək.