İngiltərənin "Tottenhem" klubu Almaniya təmsilçisi “Leyptsiq"in hücumçusu Timo Verneri mövsümün sonuna qədər icarəyə götürməyə yaxındır.
Teleqraf.com xəbər verir ki, "Çelsi"nin sabiq oyunçusunun daha əvvəl "Mançester Yunayted"ə keçəcəyi iddia olunurdu.
Almaniya millisinin 27 yaşlı üzvü bu mövsüm 13 matça çıxıb. Onun hesabında 2 qol və 1 məhsuldar ötürmə var.