"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov komandasının tarixi qələbəsilə bağlı təəssüratını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Qurban Qurbanov "Qarabağ"ın "Braqa" üzərindəki qələbəsi haqda kövrələrək bunları deyib:
"Ürəyimdə çox şey var. İnsanların sevincinə sevinirəm. Oyuncularım əsl azərbaycanlı kimi vuruşdular. Həqiqətən, futbolçularım xarakter göstərdilər. Müharibə dövründə Ali Baş Komandan İlham Əliyevin güclü döyüşçüləri vardı, oyundan əvvəl də oyunçularıma bunu aşılayırdım ki, bu gün meydanda biz də döyüşməliyik. Başda cənab Prezident olmaqla qalib xalqımızı təbrik edirəm".