“Barselona”nın müdafiəçisi Markos Alonso bu mövsümün sonunda klubdan ayrılacaq.
Teleqraf.com xəbər verir ki, bununla bağlı insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, tərəflər 30 iyun 2024-cü ildə başa çatacaq müqaviləni yeniləməməyə razılaşıblar.
Qeyd edək ki, 33 yaşlı müdafiəçi bu mövsüm 7 oyuna çıxıb.
Xatırladaq ki, M. Alonso 2022-ci ilin sentyabrından “Barselona”da oynayır.