7 Aprel 21:39
317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Tofiq Əliyev batut, qoşa mini-batut və tamblinq üzrə Avropa çempionatında gümüş medal qazanıb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Gimnast "böyüklər" yaş kateqoriyasında çıxış edir.

Xatırladaq ki, bundan əvvəl Tofiq Əliyev, Mixail Malkin, Bilal Qurbanov və Adil Hacızadənin yer aldığı Azərbaycanın tamblinq üzrə yığması komanda hesabında çempionatın qızıl medalını qazanıblar. Bu, gimnastlarımızın Avropa çempionatında tamblinq üzrə komanda yarışında qazandıqları ilk qızıl medaldır.

Sinxron batut gimnastikası proqramında çıxış edən gənc gimnastlarımız Ayan Şabanova və Samirə Hüseynova yarışda gümüş medal qazanıblar. Qeyd edək ki, bu, Azərbaycanın batut gimnastikası tarixində gənc qadın sinxron cütlüyün qazandığı ilk gümüş mükafatdır.

Sinxron batut gimnastikası proqramında da çıxış edən yeniyetmələr Əli Niftəliyev və Əmmar Baxşəliyev qızıl medalqazanıblar.

Avropa çempionatı aprelin 3-7-də Qimaraynş şəhərində (Portuqaliya) keçirilir.


Müəllif: Teleqraf.com