15 Aprel 10:16
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Liverpul” klubu son 25 ilin antirekordunu təkrarlayıb.

Teleqraf.com xəbər verir ki, “mersisaydlılar” ardıcıl 9-cu ev oyununda qapısında qol görməklə bu uğursuz nəticəyə imza atıb.

Yurgen Kloppun komandası son olaraq Premyer Liqanın XXXIII turunda “Kristal Pelas”a 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, Liverpul təmsilçisi 1996 və 1999-cu illərdə də eyni uğursuz ssenarini yaşayıb.


Müəllif: Teleqraf.com