"Atletiko"nun (Madrid) baş məşqçisi Dieqo Simeone "Barselona" ilə kubok matçından sonra rəqib hücumçu Lionel Messi haqda maraqlı fikirlər səsləndirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, argentinalı mütəxəssis təkcə Messinin "Real"ın üçlüyü - Ronaldo, Benzema və Beyldən daha təhlükəli olduğunu bildirib:
"Barselona" ilə matç elə alındı ki, ikinci hissədə artıq qol vurmaq barədə yox, gələcək oyunlar haqda düşünürdük. Elə bir Messi "Real"ın üçlüyü - Ronaldo, Benzema və Beyldən daha təhlükəlidir".
Qeyd edək ki, evdə "Barselona"ya 2:3 hesabı ilə uduzan "Atletiko" kubokla vidalaşıb.