20 Aprel 21:05
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, günün ikinci matçı meydan sahibləri olan "Zirə"nin "Neftçi" üzərində 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xallarının sayını 49-a çatdıran "Zirə" ikinci pilləyə yüksəlib. "Neftçi" isə dördüncü sıraya enib.

Qeyd edək ki, bu gün "Qarabağ" "Qəbələ" ilə heç-heçə edib - 2:2.


Müəllif: Teleqraf.com