24 Aprel 19:52
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi"nin kapitanı Emin Mahmudov bu gün "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda iştirak etməyəcək.

Bu barədə Teleqraf.com-a klubun mətbuat xidmətindən məlumat verilib.

Yarımmüdafiəçi matçdan əvvəl məşq prosesində topuğunda ağrılar hiss etdiyi üçün qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, görüş saat 20:00-da start götürəcək.


Müəllif: Teleqraf.com