9 İyun 18:55
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında 11 medal qazanıblar.

Teleqraf.com xəbər verir ki, təmsilçilərimiz Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən turnirdə bu uğura imza atıblar.

Millimiz Avropa çempionatının fərdi yarışlarında 3 qızıl və 8 bürünc medal əldə edib.

Qeyd edək ki, iyunun 6-9-da keçirilən çempionatda Azərbaycan cüdoçuları 8 yaş kateqoriyası üzrə 30 idmançı ilə təmsil olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər