16 İyun 20:18
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azarkeşlərə balta ilə hücum edən şəxsi polis zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, Almaniyanın Hamburq şəhərində keçirilən futbol üzrə Avropa çempionatı (AVRO 2024) Polşa - Hollandiya matçından əvvəl baş verən insidentdə bir nəfər polis tərəfindən güllələnib.

Polisdən verilən açıqlamada bildirilib ki, hadisələr zamanı ilkin təsbitlərə görə, bir azarkeş polis əməkdaşlarını balta, molotov və yanğınsöndürənlə polisə hücum edib. Polislər hadisəyə silahla qarşılıq verib.

Açıqlamada qeyd olunub ki, matçdan əvvəl baş verən hadisələrdə polis əvvəlcə bibər qazından istifadə edib, sonra isə hadisələri yatırtmaq üçün havaya atəş açıb.

Sonradan bildirilib ki, ona qarşı təhdid olduğunu görən polis bir nəfəri tapança ilə yaralayıb və yaralıya tibbi yardım göstərilib.


Müəllif: Arzu