26 İyun 22:03
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya görüşü başa çatıb.

Teleqraf.com xəbər verir ki, “Frankfurt Arena”dakı matç heç-heçə ilə yekunlaşıb - 1:1.

24-cü dəqiqədə Ondrey Duda Slovakiyanı hesabda önə çıxarıb. 37-ci dəqiqədə isə Razvan Marin penalti zərbəsini dəqiq yerinə yetirərək "status kvo"nu bərpa edib.

Bu nəticənin ardından xallarının sayını 4-ə çatdıran Rumıniya qrup birincisi olub.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya görüşündə hesab açılıb.

“Frankfurt Arena”dakı matçda Slovakiya hesabda önə çıxıb.

24-cü dəqiqədə Ondrey Duda fərqlənib.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya görüşü start götürüb.

Teleqraf.com xəbər verir ki, E qrupunun oyunu “Frankfurt Arena”da keçirilir.

Qarşılaşmanı almaniyalı baş hakim Daniel Siebert idarə edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər