30 İyun 20:23
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan güləşçiləri Rusiyanın Yakutsk şəhərində keçirilən "Asiya Uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında daha üç medal qazanıb.

Güləş Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, U-15 yaş qrupu üzrə baş tutan yarışlarda Hüseyn Rzazadə (38 kq) gümüş, Rəşid Nazarov (52 kq) və Nihad Süleymanlı (75 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, "Asiya Uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında güləş yarışları iyulun 2-dək davam edəcək.


Müəllif: Teleqraf.com