“Səbail” daha bir futbolçunu heyətinə cəlb edib.
Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, “dənizçilər” son komandası Şimali Makedoniya təmsilçisi “Qostivar” olan Amir Bilali ilə 1 illik müqavilə imzalayıb.
30 yaşlı albaniyalı mərkəz müdafiəçisi komandada 44 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Səbail" bundan əvvəl Fərid Nəbiyev, Nihat Quliyev və Vüsal Məsimovu transfer edib.