30 İyul 14:46
5 842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün kütləvi informasiya vasitələrində ötən gün Paris Yay Olimpiya Oyunlarında çempion olan cüdoçumuz Hidayət Heydərovun qələbə qazandığı görüşdən sonra Azərbaycan bayrağı ilə sevinməsinə imkan verilmədiyi barədə görüntülər yayımlanıb. Eyni zamanda başqa ölkələrin idmançılarına belə icazə verildiyi halda təmsilçimizin istəyinə qarşı çıxıldığı vurğulanıb.

Teleqraf.com Publika.az-a istinadla xəbər verir ki, qurumun Marketinq və kommunukasiyalar üzrə meneceri Rəşad Tuncay hadisənin qaydalar çərçivəsində baş verdiyini bildirib:

"Cüdo idman növününü qaydalarına əsasən, bu idman növünə aid olmayan hər hansı bayrağın, rəmzin, əşyanın yarış meydanına daxil olunmasına icazə verilmir. Bu, cüdonun "təmiz oyun" şüarına tətbiq edilmiş qaydalardır. Qazaxıstan təmsilçisinin bayraqla sevincinin görüntülərinə sona qədər baxsaq, onun bu hərəkətinin xoş qarşılanmadığı, bayrağın əlindən alındığı və özünə xəbərdarlıq edildiyini görə bilərsiniz. Ümumiyyətlə, bu hadisəyə görə Qazaxıstan Cüdo Federasiyasına ciddi xəbərdarlıq edilib.

Hidayət Heydərovun bayraqla təmin edilməməsi bununla əlaqədardır. Hansısa xüsusi bir məqsəd yoxdur. Yarış meydanı və idmançıların hərəkət etdiyi ərazilərdə yarışa aid olmayan heç bir əşyaya icazə verilmir. Belə fakt aşkar olunarsa, supervayzerlər bununla bağlı dərhal tədbir görürlər".

Qeyd edək ki, -73 kq çəki dərəcəsində çempion olan Hidayət Heydərov Azərbaycan Olimpiya komandasına Paris-2024-də ilk qızıl medalı qazandırıb.

***

11:33

Paris-2024 Yay Olimpiya Oyunları zamanı Azərbaycan və Qazaxıstan idmançılarının qələbəni bayraqla qeyd etməsinə icazə verilməyib.

Teleqraf.com Globalinfo.az-a istinadla xəbər verir ki, yayılan görüntülərdə azərbaycanlı cüdoçu Hidayət Heydərov və qazaxıstanlı Eldos Smetovun qələbə yürüşünü dövlət bayraqları ilə etmələrinə icazə verilmədiyi əks olunub.

Müqayisə üçün paylaşılan videoda ABŞ və Yaponiya idmançılarının qələbəni bayraqla qeyd etdikləri görünür. Lakin fransız qadın əməkdaşlardan birinin azərbaycanlı və qazaxıstanlı idmançılardan bayrağı almağa çalışdığı müşahidə edilir.

Bu təxribatın Ermənistanı öz bacısı adlandıran Fransanın Azərbaycana qarşı mövqeyindən qaynaqlandığı ehtimal edilir.

Xatırladaq ki, Azərbaycan cüdoçusu Hidayət Heydərov Olimpiya Oyunlarında 73 kiloqram, Qazaxıstan cüdoçusu Eldos Smetov isə 60 kiloqram çəki dərəcəsində çempion olublar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər