Paris-2024 Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarının ikinci gününün püşkü atılıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan güləşçilərinin də rəqibləri bəlli olub.
74 kq çəkidə çıxış edən Turan Bayramov albaniyalı Çermen Valiyevlə görüşəcək. 125 kq çəkidə mübarizə aparan Giorgi Meşvildişvili isə Diaeldin Abdelmottaleblə (Misir) qarşılaşacaq. Hər iki güləşçimiz yarışa 1/8 finaldan başlayacaq.
Bu iki çəkidə yarışa sabah start veriləcək.