Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Teleqraf.com xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Lxaqvaqerel Munxtur (Monqolustan) ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Meşvildişvili (12:2) yarımfinala yüksəlib. O, finala gedən yolda Geno Petriaşvili (Gürcüstan) ilə görüşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.