UEFA Çempionlar Liqasının 3-cü turunda "Ludoqorets"lə (Bolqarıstan) səfərdə qarşılaşan "Qarabağ" ciddi itki ilə üzləşib.
Teleqraf.com xəbər verir ki, Marko Veşoviç matçın 28-ci dəqiqəsində zədələnib.
Oyunu davam etdirə bilməyən monreneqrolu müdafiəçi Mateus Silva ilə əvəzlənib.
Qeyd edək ki, ilk görüşdə rəqibinə 1:2 hesabı ilə uduzan "Qarabağ" eyni hesabla məğlub durumdadır.