Azərbaycan Premyer Liqasının V turunda bu gün daha iki oyun baş tutacaq.
Teleqraf.com xəbər verir ki, hər iki oyun bölgələrdə olacaq.
Əvvəlcə "Şamaxı" doğma meydanda "Neftçi" klubunu qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 17:00-da səsləndiriləcək.
Turun digər matçı Tovuz şəhər stadionunda "Kəpəz"lə "Sabah" arasında baş tutacaq. Nicat İsmayıllının idarə edəcəyi oyun saat 19.30-da başlayacaq.
Azərbaycan Premyer Liqası
V tur
17.00. “Şamaxı” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
VAR: Rauf Cabarov
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı şəhər stadionu
19.30. “Kəpəz” –“Sabah”
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
VAR: Rauf Allahverdiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tovuz şəhər stadionu
Qeyd edək ki, turun dünən keçirilmiş matçlarında "Turan Tovuz" evdə "Səbail"i, "Araz-Naxçıvan" isə səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. Tura sabah Zirə İdman Kompleksinin stadionunda baş tutacaq "Zirə" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.