15 Sentyabr 00:29
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanın paytaxtı Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 4-cü tur başa çatıb.

Teleqraf.com xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması IV turda Monteneqro üzərində qələbə qazanıb – 3:1. Hesabat turunda Aydın Süleymanlı ilə Şəhriyar Məmmədyarov qalib gəliblər. Nicat Abasov və Rauf Məmmədov heç-heçə oynayıblar.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Sloveniya komandasını üstələyib – 3:1. Günay Məmmədzadə ilə Gövhər Beydullayeva partiyanı qələbə ilə bitirib. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova isə heç-heçə ilə kifayətləniblər.

Qeyd edək ki, Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər