22 Sentyabr 22:21
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində “Mançester Siti” Londonun “Arsenal”ı ilə bərabər hesabı bölüşüb - 2:2.

Teleqraf.com xəbər verir ki, “Siti of Mançester” stadionunda oyunu baş hakim Maykl Oliver idarə edib.

“Mançester Siti”nin qollarını Erlinq Halannd (9-cu dəqiqə) və Con Stounz (90+8) vurub.

“Arsenal”ın heyətində isə qolları Rikkardo Kalafiori (22) və Qabriel (45+1) vurub.

Halannd “Mançester Siti”də 100-cü qolunu vurub, norveçli hücumçu klubda 105-ci oyununu keçirib. İlk hissəyə əlavə edilmiş səkkizinci dəqiqədə “Arsenal”ın hücumçusu Leandro Trossard ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, “Arsenal” 2015-ci ilin yanvarından Premyer Liqada “Mançester Siti”yə səfərdə qalib gələ bilmir. Bu müddətdə “topçular” 7 dəfə məğlub olub və 3 dəfə heç-heçə edib.

“Şəhərlilər” 13 xalla turnir cədvəlinə başçılıq edir. Növbəti pillələrdə isə “Liverpul” (12), “Aston Villa” (12) və “Arsenal” (11) qərarlaşıb. Növbəti turda “Arsenal” sentyabrın 28-də “Lester”i qəbul edəcək, “Mançester Siti” isə həmin gün səfərdə “Nyukasl”la qarşılaşacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər