15 May 2014 18:18
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkiqat paralimpiya çempionu İlham Zəkiyev Türkiyənin Soma şəhərində kömür mədənində baş vermiş faciə ilə bağlı baş sağlığı verib.

Teleqraf.com xəbər verir ki, çempion nəzarətində olan “facebook” adresində baş vermiş hadisə ilə bağlı fikirlərini bölüşüb. O, bu hadisəyə görə sarsıldığını bildirib:

“Manisada, Somada kömür mədənində baş verən dəhşətli faciə hamımızı sarsıtdı. Bütün Türkiyəyə, hər bir ailəyə baş sağlığı verirəm. Sevincli gündə də, hüznlü gündə də yanınızdayıq. Başımız sağ olsun!”

Aygün İlqarqızı


Müəllif: