Daha öncə idman mətbuatında Pol Skoulzsun "Oldhem"i çalışdıracağı yönündə xəbərlər yayılmışdı.
Teleqraf.com xəbər verir ki, ancaq 40 yaşlı sabiq futbolçu məşqçilik etməyə hazır olmadığını bildirib:
"Oldhem"in mənimlə maraqlandığı heç kimə sirr deyil. Ancaq indi mənim daha əhəmiyyətli işlərim var. Ailəm, televiziyadakı işim və s. Məşqçilik işi isə elədir ki, hər şeyi unutmalısan və həftənin 7 gününü futbola həsr etməlisən.
Ancaq bir gün atamın azarkeşi olduğu "Oldhem" klubunu çalışdırmağa hazır olacağam. Sadəcə indi düzgün vaxt deyil".
Rüstəm