10 Mart 2015 10:25
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın yarımmüdafiəçisi Luka Modriç Çempionlar Liqasının 1/8 finalı çərçivəsində "Şalke" ilə oynanılacaq cavab görüşündə meydana çıxa biləcək.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, xorvatiyalı futbolçu artıq bərpa prosesini bitirib və Madrid klubunun tibbi qərargahı onun sözügedən matçda oynamasına icazə verib.

Karlo Ancelottinin hələlik "30-60-90" metodundan istifadə edəcəyi gözlənilir. Yəni, Modriç "Şalke" ilə görüşdə 30 dəqiqə, "Levante" ilə oyunda 60 dəqiqə oynayacaq. Nəhayət, "Barselona"yla oyunda 29 yaşlı futbolçunu 90 dəqiqə meydanda görə biləcəyik.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər