22 Mart 2015 09:57
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vilyareal"la matçda topuğundan zədələnən 26 yaşlı yarımmüdafiəçi artıq sıraya dönüb.

Teleqraf.com xəbər verir ki, İspaniya La Liqasının XXVIII turunda Nou Kampda "Real"la üz-üzə gələcək "Barselona" klubunun yarımmüdafiəçisi Serxio Buskets zədəsini sağaldıb.

"Vilyareal"la matçda topuğundan zədələnən 26 yaşlı yarımmüdafiəçi artıq sıraya dönüb.

Busketsin Madrid klubuna qarşı oynayıb-oynamayacağı sual altında idi. Ancaq bu həftənin ortasında məşqlərə qayıtdı.

"Barselona" - "Real" görüşü martın 22-i, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Rüstəm


Müəllif: