22 Mart 2015 19:10
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran milli komandası baş məşqçi Karluş Keyruşla yolları ayırmaq üzrədir. Ancaq çalışdırıcı vergilərdən yayınmaqda ittiham olunduğu üçün ölkəni tərk edə bilmir.

Publika.az xəbər verir ki, qonşu ölkə yığması yoxlama oyununa yollanarkən 62 yaşlı portuqaliyalı Tehranın hava limanındaca polis tərəfindən saxlanılıb. Məhz buna görə iranlılar İsveçrə və Çili yığmaları ilə yoxlama oyununa baş məşqçisiz yollanmalı olublar.

Qeyd edək ki, müqavilənin şərtlərinə görə, portuqaliyalı mütəxəssisin vergilərini İran Futbol Federasiyası ödəməlidir. Keyruşun İran millisiylə 2018-ci ilə qədər müqaviləsi olsa da, təcrübəli mütəxəssis istefa ərizəsini federasiyaya bir müddət əvvəl təqdim edib.


Müəllif:

Oxşar xəbərlər