4 fevraldan bəri meydana çıxmayan "Real"ın yarımmüdafiəçisi Xames Rodriqes zədəsini sağaldıb.
Teleqraf.com xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Xames yığmaların heyətinə dəvət edilməyən futbolçularla birgə məşq edib.
Kolumbiyalı yarımmüdafiəçinin konkret olaraq nə vaxt meydanlara qayıdacağı haqqında dəqiq məlumat yoxdur.
"Real" aprelin 5-də La Liqanın növbəti turu çərçivəsində "Qranada"nı qəbul edəcək.
Rüstəm