2 Aprel 2015 13:38
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, azərbaycanlı iş adamı Hafiz Məmmədovun sponsor olduğu Madrid “Atletiko”sunun səhmlərinin 20 faizi Çin şirkəti "Wanda Group" tərəfindən alınıb.

Bu barədə klubun rəsmi saytında məlumat verilib.

Şirkətin sədri milyarder Van Szyanlin ümumi dəyəri 45 milyon avro olan 726 707 aksiyadan ibarət paket əldə edib:

"Wanda Group" "Atletiko"nun yüksəlişinə və Asiyada markanın inkişafına töhfə verəcək. Həmçinin Çində kadrların hazırlanması sahəsində böyük təcrübədən istifadə etmək imkanına sahib olacağıq. Ümid edirik ki, bu əməkdaşlıq Çində futbolun inkişafına da xeyir verəcək".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər