Yeni müqavilənin uzadılması ilə bağlı danışıqlar isə hələlik müsbət nəticə verməyib.
Teleqraf.com xəbər verir ki, "Bavariya" Madrid "Real"ının müdafiəçisi Serxio Ramosu transfer etməyi planlaşdırır.
Münhen klubunun nümayəndələri artıq futbolçunun agenti və qardaşı Rene Ramosla əlaqəyə giriblər. Lakin hələlik danışıqların nəticələri haqda məlumat yoxdu.
Ramosun "Real"la müqaviləsi 2017-ci ilin yayına qədər nəzərdə tutulub. Yeni müqavilənin uzadılması ilə bağlı danışıqlar isə hələlik müsbət nəticə verməyib.
Bildirilir ki, Ramos özü maaşının qaldırılması ilə bağlı tələbləri yerinə yetiriləcəyi təqdirdə “Real”da qalmaq istəyir.
29 yaşlı ispan müdafiəçi 2005-ci ilin yayında Reala Sevilyadan transfer edilmişdi.
“Bavariya”nın baş məşqçisi Xosep Qvardiola bundan öncə “Real”dan yarımmüdafiəçi Xabi Alonsonu klubuna transfer edib.
Rüstəm