Daha öncə “PSJ”nin forvardı Zlatan İbrahimoviçin Fransa və Liqa 1-dəki hakimlərin ünvanına səsləndirdiyi ifadələrə görə 4 matçlıq diskvalifikasiya olunduğu barədə xəbər vermişdik.
Teleqraf.com xəbər verir ki, bu barədəAncaq deyəsən, İbra hələ də dərsini almayıb. İsveçli hücumçu yenidən gündəm yarada biləcək açıqlamalar verib:
"Bu, sadəcə mənim dediklərimi sübut edir. İndi insanlar özlərini öz gözləri ilə görə bilirlər.
Diskvalifikasiyamla bağlı hər şey gülməlidi; mənasız və bir o qədər də qeyri-peşəkardı. Bütün futbol adına biabırçılıqdı.
Məni mövsümün sonuna kimi diskvalifikasiya etsələr, buna şad olardım. Onda məzuniyyətə çıxa bilərdim"
Rüstəm