16 Aprel 2015 10:16
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kataloniya klubu avrokuboklarda 1000-ci qolunu vurub.

Teleqraf.com xəbər verir ki, Çempionlar Liqasında 1/4 finalın ilk oyununda səfərdə PSJ-ni 3:1 hesabı ilə məğlub edən "Barselona" üçün bu görüş əlamətdar olub.

Kataloniya klubu avrokuboklarda 1000-ci qolunu vurub. Sözügedən matçda dubl edən Luis Suaresin ikinci qolu La Liqa nəhənginin avrokuboklarda vurduğu 1000-ci qol kimi tarixə keçib.

Bununla da "Barselona" beynəlxalq turnirlərdə 1000-dən çox qol vuran ikinci komanda olub.

Daha öncə 1000 qolluq səddi yalnız "Real" keçib. Madrid klubunun hesabında hazırda 1016 qol var.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər