24 Aprel 2015 10:04
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib. 4 qarşılaşmadan sonra bütün yarımfinalçılar müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, "Qarabağ"la eyni qrupda mübarizə aparmış "Dnepr" ilk görüşdə qolsuz heç-heçə etdiyi "Brügge" ilə bu dəfə doğma meydanda görüşüb və 1:0 hesabı ilə qalib gəlməklə yarımfinala yüksəlib.

İtaliyada "Fiorentina" klubu öz meydanında Kiyev "Dinamo"sunu qəbul edib. Birinci görüşdə qalib müəyyənləşmədiyindən cavab oyununa maraq böyük idi. Florensiya təmsilçisi cavabsız qollarla ukraynalıları mübarizədən kənarlaşdırıb.

"Napoli" evdə "Volfsburq"la qarşılaşıb. Səfərdə rəqibinə 4:1 hesabı ilə qalib gələn İtaliya klubunun evdə üstünlüyünü əldən verəcəyi elə də inandırıcı görünmürdü. 4 qolun qeydə alındığı oyunda qalib müəyyənləşməsə də, iki görüşün nəticəsinə görə italyanlar növbəti mərhələyə adlayıblar.

"Zenit" və "Sevilya" Sankt-Peterburqda üz-üzə gəlib. Səfərdə rəqibinə 1:2 hesabı ilə uduzan Rusiya təmsilçisi həmin məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, buna nail ola bilməyib. Nəticədə qonaqlar adını yarımfinala yazdırıblar.

Avropa Liqası, 1/4 final cavab oyunları

23 aprel

"Dnepr" (Ukrayna) - "Brügge" (Belçika) - 1:0

Qol: Şakov, 82

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Kiyev. Olimpiya stadionu.

İlk oyun: 0:0

"Fiorentina" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:0

Qollar: Mario Qomes, 43, Varqas, 90+4

Baş hakim: Yonas Eriksson (İsveç)

Florensiya. "Artemio Franki" stadionu

İlk oyun: 1:1

"Napoli" (İtaliya) - "Volfsburq" (Almaniya) - 2:2

Qollar: Kalyexon, 49; Mertens, 65; - Timm Kloze, 71; Perişiç, 73

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Neapol. "San Paolo" stadionu

İlk oyun: 4:1

"Zenit" (Rusiya) - "Sevilya" (İspaniya) - 2:2

Qollar: Rondon, 48; Halk, 72 - Bakka, 6 (pen), Qameyro, 85

Baş hakim: Nikola Ritsoli (İtaliya)

Sankt-Peterburq. "Petrovski" stadionu

İlk oyun: 1:2

Rüstəm


Müəllif: