26 Aprel 2015 17:33
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli yandırılacaq.

Teleqraf.com xəbər verir ki, tədbir Bakının Suraxanı qəsəbəsindəki “Atəşgah məbədi” Dövlət Tarix Memarlıq Qoruğunda təşkil olunacaq. Mərasimə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də qatılacağı gözlənilir.

Məşəl yandırıldıqdan sonra tanınmış idmançıların müşayiəti ilə Azərbaycanın bütün regionlarından keçəcək. Regionlar üzrə ilk mərasim sabah Naxçıvandan başlayacaq.

Məşəl ümumilikdə 15 şəhərdən keçirilərək, iyunun 11-də Bakıya gətiriləcək və iyunun 12-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq açılış mərasimində alovlandırılacaq.

Məşəl yer üstündə - avtobus, funikulyor, velosiped, yer altında isə Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəlin 66 santimetrlik gövdəsi “Bakı 2015”in rəmzi olan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır.

Qeyd edək ki, İlk Avropa Oyunlarının məşəl və çırağını “Sidney-2000”, “Afina-2004” Olimpiya Oyunları və “Doha-2006” Asiya Oyunlarının məşəlini tərtib edən şirkət hazırlayıb.


Müəllif:

Oxşar xəbərlər