3 May 2015 10:31
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya A Seriyasında 2014/15 mövsümünün qalibi müəyyənləşib. ANS PRESS-in məlumatına görə, "Yuventus" sona 4 tur qalmış çempionluğunu elan edib.

Turin klubu XXXIV turda "Sampdoriya"nın qonağı olub. Oyun "Yuventus"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 32-ci dəqiqədə Arturo Vidal imza atıb.

Bu qələbə sayəsində хal hesabını 79-a yüksəldən "Yuventus" rəqibləri üçün əlçatmaz olub və çempionluğunu elan edib. Bir oyun əskik keçirən "Latsio" Turin klubundan 17 хal geri qalır ki, qarşıdakı 5 oyunda onların bu fərqi aradan qaldırması mümkün deyil.

Qeyd edək ki, "Yuventus" ardıcıl 4-cü dəfə A Seriyasının qalibi olub. Turin klubu ümumilikdə 33 dəfə İtaliya çempionatının qızıl medallarını qazanıb.


Müəllif:

Oxşar xəbərlər