5 May 2015 19:10
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona" ilə oyunöncəsi "Bavariya"ya daha bir itki üz verib.

Teleqraf.com xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yayılıb. "Bavariya"nın yarımmüdafiəçisi Sebastyan Rode sıradan çıxıb. O, əzələ ağrılarından əziyyət çəkir. 24 yaşlı futbolçu "Barselona" ilə görüşü qaçıracaq.

"Bavariya" sözügedən oyunda həmçinin David Alaba, Xolqer Badştuber, Frank Riberi və Aryen Robbenin xidmətindən də istifadə edə bilməyəcək.

Rüstəm


Müəllif: