Madrid klubunun qitənin ən nüfuzlu klub turnirinin yarımfinaldakı çıxışları ilə bağlı maraqlı statistika diqqət çəkir.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində səfərdə " Yuventus"la üz-üzə gələn "Real" 1:2 hesabı ilə uduzub.
Madrid klubunun qitənin ən nüfuzlu klub turnirinin yarımfinaldakı çıxışları ilə bağlı maraqlı statistika diqqət çəkir.
"Real" tarixi ərzində heç vaxt yarımfinalın ilk matçındakı məğlubiyyətdən sonra ÇL-in finalına adını yazdıra bilməyib.
La Liqa təmsilçisinin uğursuz 7 cəhdi:
1968. "Real" – "Mançester Yunayted" (0:1, 3:3)
1973. "Real" – "Ayaks" (1:2, 0:1)
1987. "Real" – "Bavariya" (1:4, 1:0)
2001. "Real" – "Bavariya" (0:1, 1:2)
2011. "Real" – "Barselona" (0:2, 1:1)
2012. "Real" – "Bavariya" (1:2, 2:1, 1-3 penaltilərlə)
2013. "Real" – "Borussiya" (Dortmund) (1:4, 2:0).
"Real" – "Yuventus" matçı 13 mayda Madriddə keçiriləcək.
Rüstəm