9 May 2015 13:38
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Milan" mövsümün sonunda PSJ-nin hücumçubu Zlatan İbrahimoviçi qaytarmağı planlaşdırır.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Seriya A klubunun vitse-prezidenti Adriano Qalliani artıq isveçli ulduzun meneceri Mino Rayola ilə danışıqlara başlayıb.

Mənbənin məlumatına görə, danışıqlar ağır keçir. "Milan" istəyir ki, İbrahimoviç maliyyə güzəştlərinə getsin.

Qeyd edilir ki, hazırda hücumçu Paris klubunda ilinə 14 milyon avro qazanır, halbuki "Milan" ən çox 7 milyon maaşla 3 illik müqavilə təklif etməyə hazırdı.

İbrahimoviçin PSJ ilə müqaviləsinin müddəti 2016-cı ilin yayında bitir.

"Milan" alternativ olaraq "Palermo"nun forvardı Paulo Dibalanın namizədliyinə baxır.

2010-2012-ci illərdə “Milan”ın formasını geyən İbrahimoviç meydana çıxdığı 61 oyunda 42 qol vurub.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər