17 May 2015 09:21
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində "Sumqayıt"a qalib gələn "Qarabağ" çempionluğunu rəsmiləşdirib. Qarşılaşmadan sonra bir sıra olaylar yaşanıb.

ANS PRESS-in məlumatına görə, çempion klubun "Qarabağ"ın azarkeşi həbs olunub. Polislər ağdamlıların bir fanatını saxlayıb. Azarkeş stadionu təkr etdiyi anda bilinməyən səbəbə görə polislər onu saxlayaraq maşına salaraq bölməyə aparıb.

Matçdan sonra həmçinin meydanda bədbəxt hadisə baş verib.

Belə ki, sevincini futbolçularla bölüşmək istəyən bir azarkeş tribunadan yerə yıxılaraq ayağını sındırıb.

Xərəkdə stadiondan kənara çıxarılan azarkeş xəstəxanaya aparılıb.


Müəllif: