19 May 2015 21:09
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015/2016-cı il mövsümündə UEFA-nın klub yarışlarında və Premyer Liqa yarışlarında iştirak etmək hüququnu verən lisenziya üçün müraciət etmiş klubların sənədlərinə AFFA-nın Lisenziya Komissiyasının iclasında baxılıb.

Teleqraf.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş, lakin lisenziya almamış klubların 10 gün ərzində apellyasiya şikayəti vermək hüququ vardır.

19 may 2015-ci il şikayətin verilməsi üçün son gün olmuş və yalnız bu gün, saat 16:30-da Bakı FK tərəfindən apellyasiya şikayəti daxil olub.

Apellyasiya şikayətində Lisenziya Komissiyasının qərarının hansı bəndi ilə razı olmadıqları, əlavə heç bir təsdiqedici sənəd təqdim etmədikləri, həmçinin “Azərbaycan Futbol “Premyer Liqası”nda iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalar”ın müvafiq prosedur tələblərinə riayət etmədikləri üçün Bakı FK-nın apellyasiya şikayətinə baxılması məqsədəuyğun hesab edilməyib.


Müəllif:

Oxşar xəbərlər