21 May 2015 01:21
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının final matçına təyinat alan türkiyəli hakim Cüneyt Çakıra qadağa qoyulub.

Trend-in Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, UEFA ona final oyununa qədər mətbuata müsahibə verməməyi tapşırıb.

Final görüşünə təyinatdan sonra Çakırın telefonu susmaq bilməyib. Bir çox mətbuat orqanları onda müsaibə almaq istəyib.

UEFA Türkiyə Futbol Federasiyasına ünvanladığı məktubda Çakırın final görüşünə qədər mətbuata müsahibə verməməsini tapşırıb.

Qeyd edək ki, "Barselona" və "Yuventus" komandaları arasında oynanılacaq final qarşılaşması iyunun 6-ı Berlinin "Olimpiya" stadionunda keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər