27 May 2015 13:46
482

FIFA-nın korrupsiya ittihamı ilə həbs edilən 9 nəfər yüksək rütbəli məmurunun, həmçinin korrupsiya ittihamı irəli sürülən daha 5 nəfərin adı açıqlanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə “The New York Times” qəzeti xəbər verir.

Daha əvvəl FIFA İcra Komitəsinin vitse-prezidentləri Ceffri Uebb və Euxenio Fiqeredo, həmçinin Şimali və Mərkəzi Amerika və Karib hövzəsi ölkələri futbolunun Konfederasiyasının sabiq prezidenti, bu yaxınlara kimi FIFA-nın vitse-prezidenti Cek Uornerin həbs olunması barədə məlumat verilib. Həbs edilənlər arasında Eduardo Li, Xulio Roça, Kostas Takkas, Rafael Eskuivel, Xose Mariya və Nikolya Leos da var.

Məlumatda deyilir ki, idman marketinqi ilə əlaqəsi olan Alexandro Burzako, Aaron Devidson, Uqo Cinkis və Mariano Cinkis, habelə qeyri-qanuni ödəmələrdə vasitəçi kimi çıxış edən Xose Marqulis də həbs edilib.


Müəllif: