4 İyun 2015 20:23
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən "Yuventus"un məşqində zədələnən müdafiəçi Corcio Kyellininin durumuna aydınlıq gəlib.

Teleqraf.com klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tibbi müayinədən keçən italiyalı futbolçunun Çempionlar Liqasının finalında "Barselona"ya qarşı oyunda iştirak edə bilməyəcəyi məlum olub.

Əzələsini dartan təcrübəli futbolçu komandanın Almaniyaya gedəcək heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, iyunun 6-da Berlində keçiriləcək "Barselona" - "Yuventus" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Müəllif: