"Barselona"nın baş məşqçisi Luis Enrike bu gün Çempionlar Liqasının finalında üz-üzə gələcəkləri "Yuventus"la oyundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com xəbər verir ki, gənc mütəxəssis matçla bağlı belə danışıb:
“Məncə, topa daha çox biz sahib olacağıq. “Yuventus” da buna çalışacaq. Ancaq onlar fərqli oyun üslubu da seçə bilərlər.
Daha çox meydançanın rəqibə aid olan hissəsində oynamalıyıq. Final matçarlı fərqli olur. Finalda hər bir komandanın üzərində başqa oyunlarda olmayan təzyiq olur.
Biz artıq iki kubok qazanmışıq və indi üçüncünü əlavə edə bilərik. Qarşılaşmanın hər iki hissəsində hər mövqedə üstün olmalıyıq".
Rüstəm