Azərbaycanda futbol mövsümünü "qızıl dubl"la başa vurmuş "Qarabağ"ın Çempionlar Liqasına hazırlıq planı müəyyənləşib.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisi iyunun 18-də bir araya gələcək.
Baş məşqçi Qurban Qurbanovun komandası həmin gün təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq. Almaniya-Avstriya sərhəddindəki Kössendə hazırlıq keçəcək "Köhlən atlar"ın paytaxtda dönüş tarixi turnirin püşkünün nəticəsinə əsasən müəyyənləşəcək. Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları 14-15 və 21-22 iyulda keçiriləcək. Püşkə əsasən, ilk oyunu Bakıda keçirməli olsa, komanda iyulun 8-də vətənə qayıdacaq.
Qeyd edək ki, "Qarabağ"ın legionerləri vətənlərinə yollansalar da, milli üzvləri yığmalarla birgə hələ də təlim-məşq toplanışındadırlar.