28 İyun 2015 16:21
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sevilya"nın hücumçusu Karlos Bakka yeni mövsümdən karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Qol.Az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, kolumbiyalı futbolçu "Milan"a transfer olunub.

Bu barədə 28 yaşlı futbolçunun meneceri Serxio Barila məlumat verib: "Milan" Bakka ilə anlaşıb. O, gələcək karyerası üçün düzgün qərar verdi".

Qeyd edək ki, 2013-cü ildən "Sevilya"nın şərəfini qoruyan Bakkanın "Milan"la 5 illik müqavilə imzaladığı bildirilir.


Müəllif: