3 İyul 2015 21:56
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qatıldığı "Uimbldon" turnirində erkən mərhələdə vidalaşan Nadal oyunda sonra açıqlama verib.

Teleqraf.com xəbər verir ki, "Uimbldon"da bu il ikinci turda dünya 102 nömrəsi Dastin Brauna uduzarq mübarizəni dayandıran Rafael Nadal zədəsini tam bərpa edə bilmədiyini deyib. O, karyerası ilə bağlı önəmli açıqlama da verib.

"Əvvəlki formama qayıtmağım çox çətindi. Nəticə mənim üçün yaxşı olmadı, ancaq nə edə bilərəm ki... Həyat davam edir".

Qeyd edək ki, Rafael Nadal daha öncə "Böyük dəbilqə" turniri olan "Uimbldon"da iki dəfə çempionluq sevinci yaşayıb.

Rüstəm


Müəllif: