Malayziyanın paytaxtı Kuala Lumpurda Beynəlxalq Olimpiya Komitəsinin 128-ci sessiyası keçirilib.
Publika.az xəbər verir ki, iclasda 2022-ci il Qış Olimpiadasına ev sahibliyi edəcək şəhərin adı açıqlanıb.
Baş tutan seçkilər nəticəsində Çinin paytaxtı Pekin 2022-ci il Qış Olimpiya oyunlarının paytaxtı seçilib.
Qeyd edək ki, Olimpiadaya ev sahibliyi etmək istəyən digər namizəd Qazaxıstanın Almatı şəhəri idi.