2 Avqust 2015 15:33
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 5-də “Qarabağ” Çempionlar Liqasının 3-cü mərhələsinin cavab oyunları çərçivəsində Bakıda “Seltik”i qəbul edəcək. Şotlandiayada qeydə alınan 0:1 hesablı məğlubiyyətdən sonra cavab matçına maraq böyükdür.

“Köhlən atlar”ın Şotlandiya çempionu ilə cavab görüşünü Tofiq Bəhramov adına Respublika stadionunda keçirə bilməyəcəyi təhlükəsi yaranıb. Buna səbəb kimi sözügedən arenanın ot örtüyündə ciddi problemlərin yaranması göstərilir.

Bir neçə gün əvvələ qədər hər şey qaydasında olsa da, stadionun qazonuna cavabdeh olan şirkətin apardığı kosmetik işlər əks effekt verib. Qazonun 30 faizinin hazırda dəhşətli vəziyyətdə olduğu bildirilir. Belədə “Qarabağ”ın “Seltik”lə oyunu Respublika stadionunda yox, UEFA-ya ehtiyat stadion kimi təqdim etdiyi "Bakcell Arena"da keçirilə bilər.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Publika.az-a məsələylə bağlı bunları dedi:

“Seltik”lə oyunumuz “Bakcell Arena”da keçirilməyəcək. Oyun Respublika stadionunda təşkil olunacaq. Oyuna hazırlıqla bağlı bütün prosedurlar buna görə nəzərdə tutulub. Biletlər də matçın Respublika stadionunda keçirilməsi nəzərə alınaraq satışa çıxarılıb. Tofiq Bəhramov adına Respublika stadionunun qazonunda problem yaranmasından xəbərimiz var. Bu da mövsümlə bağlı olan bir şeydir”.

"Qarabağ" - "Seltik" oyununun biletləri bu gündən satışdadır.


Müəllif:

Oxşar xəbərlər