3 Sentyabr 2015 16:33
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın qapıçısı Keylor Navas məvacibindən narazıdı.

Teleqraf.com-un məlumatına görə, bu barədə təcrübəli qolkiperin meneceri Rikardo Kabanyas deyib.

"AS" nəşri Kabanyas Madrid klubunun prezidenti Florentino Peres və baş direktor Xose Anxel Sançeslə görüşdə müştərisinin maaşının artırılmasını xahiş etdiyini yazıb.

O, fikrini bununla əsaslandırıb ki, 28 yaşlı kosta-rikalının "Mançester Yunayted"ə transferi reallaşsaydı, daha çox qazanardı.

"Real"la "Mançester Yunayted" arasındakı razılaşmaya əsasən, David de Xea La Liqa klubuna transfer olunan zaman Navas da qarşı tərəfə keçəcəkdi. Ancaq texniki problemlər səbəbindən sövdələşmə başa tutmadı.

Bu səbəbdən Peres komandanın son məşqində Navasla görüşüb, ondan üzr istəyib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər