30 Sentyabr 2015 18:09
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"la oyunda yaxşı nəticəyə inanıram. Qəbələ qazanmağımız daha yaxşı olar. Lakin uduzsaq, növbəti mərhələyə vəsiqə qazanmaq işimizi çətinə salacağıq".

Teleqraf.com xəbər verir ki, bu sözləri "Anderlext"in prezidenti Rocer Vanden Stok Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirəcəkləri oyun haqda danışarkən deyib.

Belçika klubunun rəhbəri yerli mətbuata açıqlamasında sözlərinə belə davam edib: "Turnirə yaxşı başlamadıq. Ancaq komandam oyundan-oyuna daha yaxşı çıxış edir. "Anderlext"in bütün hədəflərinə çatmaq gücündə olduğunu göstərəcəyik".

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Anderlext" oyunu saat 22:00-da başlayacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər